Video 23:55 14.10.2018

Paytaxt hamamlarında 1 nəfərin istirahəti neçəyə başa gəlir? (VİDEO)

Havalar soyuduqca hamamlara üz tutanların sayı artıb. Bakıda əksər hamamların 1 nəfər üçün giriş qiyməti 10-14 manat arasında dəyişir. Qiymətlər əvvəlki illə müqayisədə dəyişməz olaraq qalıb.

VIP otaqları olan hamamlarda isə qiymətlər 40-50 manat arasında dəyişir. Bu otaq isə xüsusi olaraq görnüşü ilə göz oxşayan ağaclarla dizayn edilib. Buradakı istilik odundan əldə olunur ki, həmin odunları da elə müştərilər özləri sobaya atırlar

Belə hamamlarda masaj, kisə və bu kimi xidmətərdə göstərilir ki, bunların qiymətidə 10-30 manat arasında dəyişir...

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Xəzər TV"yə bildirib ki, özəl hamamlarda həkimin olması mütləq vacibdir. Bu hamamlarda həmçinin gündəlik təmizlik işləri aparılmalı, suyun temperatur rejimi gözlənilməlidir. Həmin hamamlarda çalışan işçilər isə mütləq ildə bir dəfə tam tibbi müayinədən keçirilməlidir.