Ölkə 19:52 15.05.2018

Paytaxt məktəblisi qəbul imtahanında 700 bal topladı (FOTO)

Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov məlumat verib.

"Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi zamanı gözəl bir xəbər aldıq. Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibi, Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayıb", - deyə o, bildirib.