Ölkə 11:10 19.06.2018

Bakıda restoranda baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev ərziyə baş çəkib. Yanğın zamanı xəsarət alan olmayıb.
 
***10.22
 
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş veib.

FHN-dən Qaynarinfo-ya bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.