Ölkə 11:43 18.04.2014

Paytaxtda iki sərnişin avtobusu toqquşdu: yaralılar var - FOTOLAR

Bu gün səhər 10 radələrində paytaxtın Nizami rayonunda iki sərnişin avtobusu toqquşub. 

Musavat.com-un məlumatına görə, hadisə “Neftçilər” metrostansiyasının yaxınlığında baş verib. 

Belə ki, 50 və 35 saylı marşrut-avtobusların toqquşması nəticəsində hər ikisi yararsız vəziyyətə düşüb. 

Həmçinin marşrutların sərnişinləri ciddi şəkildə zədələnib. Ona yaxın yaralının olduğu bildirilir. Hadisə yerinə iki polis və iki təcili yardım maşını gəlib və yaralılara ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıblar. Hadisə şahidləri isə təcili yardım maşınlarının gec gəlməsindən şikayətləniblər.