Texnologiya 11:58 28.10.2017

Diqqət! İphone kamerası vasitəsilə izlənə bilərsiniz

Google şirkətində çalışan mütəxəssis iPhone istifadəçilərinə xəbərdarlıq edib. "Qaynarinfo” xəbər verir ki, mütəxəssis Felix Krause iPhone kamerasının telefon sahibinin xəbəri olmadan şəkil çəkə biləcəyini müəyyən edib
 
"İstifadəçilər hər hansı proqramı yüklədikdə ona kameraya daxil olmaq icazəsi verirlər. Bu halda da proqram istədiyi vaxt istifadəçinin kamerasını açaraq onun şəklini çəkə və ya telefonu vasitəsilə canlı yayım edə bilir” deyə Felix Krause bildirib. 
 
Belə olduqda isə onlar sizin əhvalınızı idarə edə və ya ətrafınızda baş verənləri yaddaşda saxlaya bilirlər. 

Mütəxəssis bu barədə Apple şirkətinə müraciət edərək kameranın işləməsinə dair proqramlar yaratmağı təklif edib. Hələlik isə kameranı bandla bağlamağı məsləhərt görüb. O bildirib ki, Facebook şirkətinin yaradıcısı Mark Zukkerberq də hazırda bu üsuldan istifadə edir. 

Nərmin Həsənli
Qaynarinfo.Az