İdman 15:56 11.10.2013

Pele məhkəməyə verildi


Futbol kralı Pele öz nəvələri tərəfindən məhkəməyə verilib.

Lent.az-ın “Diario de Sao Paulo”ya istinadən məlumatına görə, bu barədə 13 və 15 yaşlı yeniyetmələrin vəkili açıqlama verib.
 
O bildirib ki, Pele öz nəvələri ilə görüşdən imtina edir.  Məşhur futbolçu 2006-cı ildə döş xərçəngindən dünyasını dəyişən qızı Sandra Reginanın Oktavio və Qabriel adlı oğullarını sonuncu dəfə 2011-ci ildə görüb. İddia ərizəsinə əsasən, nəvələri Peledən tibbi sığorta və təhsil xərcləri üçün kompensasiya haqqı kimi hərəyə 6 min dollar ödəməsini tələb ediblər.
 
Məhkəmə isə qərar çıxarıb ki, Pele hər nəvəsinə 760 dollar ödəməlidir. Amma yekun qərar noyabrda veriləcək.
 
Qeyd edək ki, karyerası ərzində 3 dəfə (1958, 1962, 1970) dünya çempionu olan Pele evləndiyi hər iki qadını boşayıb. Sandra Regina isə onun nikahdankənar münasibətləri nəticəsində doğulub.

Qaynar.info