Dünya 16:00 13.10.2018

Pentaqon işçilərinin şəxsi məlumatları oğurlandı

Hakkerlər Pentaqon işçilərinin şəxsi məlumatlarını oğurlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqon təmsilçisi polkovnik-leytenant Cozef Buçino Ria Novosti-yə açıqlamasında deyib. O, oktyabrın 4-də bundan xəbər tutduqlarını və məsələ ilə əlaqədar Konqresə dərhal məlumat verildiyini bildirib:

Buçiano sözügedən məlumatların Pentaqon işçilərinə səyahət xidməti verən subpodratçı bir şirkət vasitəsilə ələ keçirildiyini və bununla əlaqədar istintaq başladıldığını söyləyib.