İdman 16:47 23.09.2019

Qvardiola türk futbolçunu transfer siyahısına saldı - "Daily Express"

Türkiyə millisinin və "Lester"in futbolçusu Çağlar Söyüncü karyerasını "Mançester Siti"də davam etdirə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb. 

Xəbərə görə, müdafiə xəttində boşluqları olan "Mançester Siti"yə baş məşqçisi Pep Qvardiola yeni futbolçular axtarışına başlayıb. 

İspan mütəxəssisin transfer siyahısında 4 futbolçunun adı yer alıb. Bu siyahıda son 6 turda ulduzu parıldayan Çağlar Söyüncünün də adının olduğu bildirilir. 

"Daily Express" digər namizədlərin isə Ceyms Tarkovski ("Bernli"), Yan Vertonqen ("Tottenhem") və Conni Evansın ("Lester") olduğunu iddia edir. 

Qeyd edək ki, Harri Maquayrın "Mançester Yunayted"ə keçidindən sonra onun mövqeyində çıxış edən Çağlar Söyüncü "Lester" heyətində parlaq çıxışı ilə adından bəhs etdirir. 

Röya