Dünya 19:13 14.01.2018

Peruda dəhşətli zəlzələ: ölənlər və çox sayda yaralı var (YENİLƏNİB)

Peruda baş vermiş zəlzələ zamanı 2 nəfər ölüb. Qaynarinfo xəbər verir ki, bu barədə "Peru21" mülki müdafiə qüvvələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki şəxs Arekip vilayətinin sakinləridir. Bundan əlavə, Arekip, Ayakuço və İke vilayətlərində 65 nəfər təbii hadisə zamanı xəsarət alıb.
 
***
14.43
 
Cənubi Amerika ölkəsi Peruda 7,3 bal gücündə dəhşətli zəlzələ baş verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatında zəlzələnin Pukuio bölgəsinin 150 km cənub-qərbində və 10 km dərinlikdə baş verdiyi deyilir. 

Dağıntılar və itki barədə hələlik heç bir məlumat yoxdur.

Gülşən