Siqaret çəkənlər zamanla bu zərərli vərdişdən imtina etmək istədiklərini, ancaq bunu bacarmadıqlarını deyirlər. Mütəxəssislər bu vərdişdən xilas olmağın təbii yolunu açıqlayıb. 

"Qaynarinfo" xəbər verir ki, həkim İbrahim Saraçoğlunun təklif etdiyi bu çayı hazırlamaqla pis vərdişdən qismən xilas ola biləcəksiniz. Çayı hazırlamaq üçün bir çay qaşığı quru kəklikotu və bir stəkan xlorsuz suya ehtiyacınız var. Suyu qaynadın və qaynama davam edərkən içərisinə kəklikotu əlavə edin. Qaynadıqdan sonra qarışımı soyudun. Siqaret çəkmək istəyi yarandıqda həmin qarışımdan için.

Kəklikotunun tərkibindəki təsirli maddələr siqaretdən alacağınız nikotinə qarşıdır. Bu təsirli maddələr zamanla siqareti atmağınıza və sağlam bir həyat sürməyinizə yardım edəcək.

Onu da qeyd edək ki, bu çaydan siqaret çəkən hamilə qadınlar da içə bilər, ancaq əvvəlcə mütləq həkimlə məsləhətləşmək lazımdır. Mütəxəssislər hamiləliyin ilk üç ayında düşük riski çox olduğu üçün bitki mənşəli qarışımlardan istifadə etməyi məsləhət görmür. 

Nərmin Həsənli
Qaynarinfo.Az