Aktrisa Tunay Əliyeva həmkarı Pərvin Abıyevaya qarşı 100 min manatlıq məhkəmə iddiası qaldırıb. 

Qaynarinfo-nun lent.az-a istinadən məlumatına görə, T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, P.Abıyeva keçmiş teleaparıcı T.Əliyeva barəsində mediada həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə məhkəməyə müraciət ediləcək.
 
T.Əliyeva məhkəmədən tələb edir ki, Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilsin, onun özü tərəfindən təkzib olunsun və üzr istəsin. Eyni zamanda, P.Abıyevadan 100 min manat tutulmaqla T.Əliyevaya ödənilməsi tələb edilir.
 
Qeyd edək ki, T. Əliyeva sosial şəbəkədə P. Abıyevanı dəfələrlə tənqid etmiş, onun ünvanına nalayiq ifadələr yazmışdı.Hətta onu "1000 manatlıq fahişə” adlandırmışdı.
 
Abıyeva isə instaqram səhifəsində Tunaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia etmişdi.