Foto 13:00 16.02.2018

Pərvin efirdə əsəbiləşdi: “Ən bahalı maşını sürürüəm, əcəb edirəm” (FOTO/VİDEO)

"ARB TV"nin "Səhər-Səhər” verlişinə gənc aktrisa Pərvin Abıyeva qonaq olub.

Qaynarinfo xəbər verir ki, aktrisa uzun zamandır haqqında yazılıb-pozulanlara cavab verib:

"Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. Az çəkilir, amma bütün aktrisalardan bahalı maşın sürür deyənlərdən soruşun görün ki, onlar kinostudianın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin qalasında sırf baş roldasansa, bu heç də az deyil. Olanda ildə 50 min olur qonararım. Ən bahalı maşını sürürəm, yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədi? Səni görəndə qucaqlayıb öpürlər, sən birdənəsən, gözəlim, kuklam deyirlər. Üzünü çevirməyə peşmansan, həmin dəqiqə dalınca min söz danışırlar”.

Pərvin gəlirinin yalnız aktrisalıqdan gəlmədiyini deyib:

"573 min izləyicisi olan "Instagram” səhifəm var. Bütün məhşurlar kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və reklamlara çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən çəkmə. Çünki mən də əziyyət çəkirəm. Filmdi çəkilirəm, serialdı çəkilirəm. Mən işləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam ”.