Dünya 14:48 23.10.2019

Peterburqda avtomobil piyadalara çırpıldı

Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil səkidə hərəkət edən piyadaları əzib.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, "Volkswagen Polo" və "Renault" markalı maşınlar toqquşub və nəqliyyat vasitələrindən biri yolun kənarındakı 7 nəfəri vuraraq xəsarət yetirib. Xoşbəxtlikdən həyatını itirən olmayıb. Sürücünün də yaralandığı bildirilir. Onun vəziyyəti ağırdır.

Gülşən