ABŞ-ın enerji şirkəti Pacific Gas and Electric (PG&E) 2017-2018 yanğınlarından zərər görən Kaliforniya sakinlərinə təxminən 13.5 milyard dollar kompensasiya ödəməyi qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında dekabrın 6-da yayımlanan bir mesajda bildirilir.
"Pacific Gas and Electric” 2017 və 2018-ci ildə Kaliforniyanın şimalında baş verən yanğından zərər çəkmiş fərdi iddiaçıları təmsil edən firmalarla görüşməyə razılıq verib. Razılaşma təxminən 13.5 milyard dollar dəyərində qiymətləndirilib və komitə tərəfindən dəstəklənib”, - məlumatda deyilir.
PG&E qeyd edib ki, dəymiş ziyanın ödənilməsi şirkətin iflas səbəbindən yenidən qurulması ilə eyni vaxtda həyata keçiriləcək. Enerji şirkətinin hesablamalarına görə, yenidən təşkil planı 30 iyun 2020-ci ilə qədər iflas məhkəməsi tərəfindən təsdiqlənəcək.
Qeyd olunur ki, daha əvvəl PG&E, 2017 və 2018-ci illərdə baş verən yanğınlarla əlaqədar olaraq yerli hakimiyyət orqanlarına, həmçinin sığorta şirkətlərinə 12 milyard dollar ödəməyi vəd edibmiş.
Ancaq iyulun 19-da ABŞ-ın Kaliforniya əyalətinin tarixindəki ən ölümcül yanğına cavabdeh olan PG&E-nin 1 milyard dollar təzminat ödəyəcəyi məlum olub.
Şirkət bunu 2015, 2017, 2018-ci illərin yanğınları ilə bağlı iddiaların tez və ədalətli həlli yolunda vacib bir addım hesab edib. Bundan əlavə, bu, PG & E şirkətinin səhmdarlarla bütün tərəflərə uyğun həll yollarını əldə etmək üçün işləməyə hazırlığının nümayişi hesab edilir.
10 noyabr 2018-ci ildə məlum olub ki, yanğına səbəb yanğın başlamazdan əvvəl zədələnmiş PG&E-nin yüksək gərginlikli elektrik xətti olub.
Kaliforniya səlahiyyətliləri son iki ildə əyalətdə baş verən və çoxlu insan itkisinə, geniş miqyaslı dağıntılara səbəb olan ən azı 17 təbii yanğının PG&E cihazlarında problemlər olması üzündən yarandığını bildirib. Alovlanmanın əsas səbəbləri elektrik xətlərinin dayaqlarının yıxılması, naqillərin qırılması və ağaclarla təması olub.
Alpər
Şərhlər