İdman 18:28 25.09.2013

Pirlo Premyer Liqa yolunda


"Yuventus"un təcrübəli futbolçusu Andrea Pirlo yanvar ayından İngiltərə Premyer Liqasında formaya geyinə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, son oynanılan "Hellas Verona" ilə matçda əvəzlənən və bu qərara əsəbləşən 34 yaşlı yarımümdafiəçi ilə dörd klub maraqlanır.
 
Bunlar "Çelsi", "Tottenhem", "Mançester Yunayted" və "Arsenal"dır.
Pirlonun yanvar ayında bu dörd komandadan birinə transfer olunacağı gözlənilir.

Qaynar.info