Video 08:47 04.07.2019

Pişik sahibini kobradan belə qorudu (VİDEO)

Hindistanın cənubunda maraqlı bir hadisə baş verib.

Pişik sahibinin həyatını xilas edib. Belə ki, pişik zəhərli kobranın sahibinə hücum etməsinin qarşısını alıb. 

Hadisənin videosu lentə alınaraq YouTube-a yerləşdirilib. Evin sahibi Arun Çandru pişiklə ilanın mübarizəsinə böyük həyacanla tamaşa edib.

Ev sahibinin sözlərinə görə, həmin vaxt evdə uşaqlar da olub. Beləliklə, pişik nəyinki ev sahibinin hətta uşaqların da həyatını xilas etmiş olub. ("Report")