Sağlamlıq 16:35 24.03.2018

Piylənmədən qurtulmaq istəyənlər bunları etsin

Son illər bütün dünyada artıq çəki, piylənmə ciddi problemə çevrilib. Hətta Dünya Səhiyyə Təşkilatı (DST) da bununla bağlı həyəcan təbili çalıb. Maraqlıdır, görəsən, müasir insanların kökəlməsinə səbəb olan nədir?

Təndir çörəyi, nehrə yağı, yağlı qoyun əti? Axı, bu sadaladıqlarımız dədə-babadan heç kimə ziyan etməyib. Əksinə, belə qidalanan insanlar 100 yaşdan da artıq ömür sürüblər. Müasir insanların piylənməsinə, müxtəlif xəstəliklərə mübtəla olmasına səbəb üstü bərbəzəkli qablaşdırmada olan tərkibi konservantlarla "zəngin" qidalardır.
 
Cebhe.info-nun məlumatına görə, Türkiyə mətbuatı yazır ki, artıq çəkisi olan ailələrin uşaqlarının da eyni problemdən əziyyət çəkmə riski 8 dəfə çoxdur. Aşırı piylənməsi olan qadınların ömrü 5-7, kişilərdə isə 10 il qısalır. İndi özünüz təsəvvür edin. Aşırı artıq çəki problemi olan insanların problemi əslində beynindədir, müxtəlif pəhrizlərə müraciət edib, bədəni gücsüz, zəif, xəstə salmaq əvəzinə beyindəki problemi aradan qaldırmaq lazımdır. Kök adam arıqlamaq əvəzinə daha da çox yeyir. Sonra da gedib mədəkiçiltmə əməliyyatı edir. 

Gələk, uşaqların sağlam qidalanmağına. İlk öncə uşağın yeyə biləcəyindən artıq qida istehlak etməsinə yol vermək qəti olmaz. Çünki artıq qida bədəndə piy yığılması  deməkdir. 5 yaşından sonra uşaq ay ərzində 500 qramla 1 kq arasında kilo alırsa bu artıq anormal haldır, piylənmənin siqnalıdır. Həmçinin mağazalarda, marketlərdə satılan müxtəlif bərbəzəkli qida məhsullarını uşaqlarınıza yedirtməyin. "Fastfood" qidalardan da uzaq olsanız, uşağınız daha sağlam və xoşbəxt böyüyər. Bunun üçün ona daha çox canlı qidalar-yəni meyvə-tərəvəz yedirtmək daha soğru olardı.