Mayın 8-dən etibarən çəkiləcəyini açıqlayan PKK terrorçularının Türkiyənin Hakkari-Şırnak bölgəsi ilə geri çəkildikləri bidlirilib.
Qaynar.info-nun məlumatına görə, terrorçuların çəkilmə prosesi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr tərəfindən də görüntülənib.
Çəkilmə prosesi əsasən Şırnak bölgəsinin Bestler-Dərələr ərazisində daha güclü olub. Geri çəkilərkən görüntü verməmək üçün gecələr hərəkət edən terrorçuların pilotsuz təyyarələr tərəfindən çəkilən görütülərində onların kiçik qruplar şəklində hərəkət etdikləri bildirilib.
Qaynar.info
Şərhlər