Ölkə 15:22 06.02.2013

PKK-nın gizli şifrələri ortaya çıxdı

Türkiyənin Van şəhərində PKK terror təşkilatı ilə bağlı aparılan istintaqın iddianaməsində maraqlı faktlar ortaya çıxıb.

Qaynar.info-nun məlumatına görə, PKK-nın dağa terrorçu aparan kuryerləri terrorçularla danışıqlarında aldadılan gənclər üçün "qurbanlıq öküz, dana, qoyun, inək" ifadələri işlədiblər. Həmin kuryerlərin hər potensial terrorçulara görə 300 lirə aldıqları bildirilib.

Ələ keçirilən terrorçularla onlara yardım edən şəxslərə aid ifadələrin, səs yazılarının və müxtəlif sənədlərin yer aldığı iddianamələrdə terror qruplaşmasına terrorçu göndərilməsində istifadə edilən şifrələr daha çox diqqəti cəlb edib.

Van Ağır Cinayətlər üzrə Məhkəməsində terror təşkilatına üzv olmaq maddəsi ilə ittiham olunan terrorçulardan biri də verdiyi ifadəsində PKK-nın bu şifrələrdən nə üçün istifadə etdiyini təsdiqləyib.


Qaynar.info