Dünya 15:42 24.05.2018

PKK yolda bomba partlatdı: 2 türk əsgəri şəhid oldu

Türkiyənin Hakkari şəhərinin Şemdinli ərazisinə yaxın Qayalar bölgəsində PKK terror təşkilatı təhlükəsizlik əməkdaşlarına tələ qurub.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, əsgərləri aparan nəqliyyat vasitəsinin keçdiyi yerə yerləşdirilən bomba partlayıb. Nəticədə Fehmi Özer Ayxan Özer şəhid olub, 3 nəfər isə yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Hücum barədə Hakkari Valiliyi məlumat yayıb. 

Gülşən