İdman 14:45 05.09.2013

Planetin ən sürətli adamı böyük idmandan gedir

Planetin ən sürətli adamı idmandan məğlubiyyətsiz getməyə və idman əfsanəsi kimi qalmağa söz verdi.

Qaynar.info xəbər verir ki, yamaykalı sprinter Useyn Bolt keçirdiyi mətbuat konfransında 2016-cı il də Rio-Janeyroda keçiriləcək Olimpiada və Qlazqodakı Həmrəylik Oyunlarında 200 metr məsafəyə qaçışda yeni dünya rekordu qıracağını və bununla da yüngül atletikanı tərk edəcəyini bildirib. 

Bolt 2016-cı ilin 21 avqustunda həm də 30 yaşını qeyd edəcəyini deyib: "Fikirləşirəm ki, bu mənim getməyim üçün yaxşı gün olacaq. Həm də idmandan məğlubiyyətsiz getmək üstünlükdür. Əgər mən Məhəmməd Əli, Pele kimi böyük idmançıların sırasında olmaq istəyirəmsə, bu üstünlüyümü son günə qədər qorumalıyam". 

Qaynar.info