Ölkə 15:25 16.11.2013

Plasido Dominqo Xankəndidə konsert verəcək

Dünyaca məşhur müğənni kiçik Plasido Dominqo (tenor Plasido Dominqonun böyük oğlu) noyabrın 17-də Xankəndidə konsert proqrammı ilə çıxış edəcək.

APA-nın Aysor.am saytına istinadən verdiyi məlumata görə, noyabrın 21-də müğənni həmçinin İrəvanda çıxış edəcək.

Konsertdən öncə erməni jurnalistlərinin Dağlıq Qarabağa səfəri ilə əlaqədar Azərbaycanın «qara siyahısına» düşəcəyindən qorxub-qorxmaması ilə bağlı suallarını cavablandıran P.Dominqo zarafat edərək hətta burada bir gecə də keçirməyə hazırdır, lakin bir şərtlə ki, onun kifayət qədər qəhvəsi və siqareti olacaq və sonrakı gün onu güllələməyəcəklər.

Qaynar.info