Alimlər sübut ediblər ki, plastik əməliyyatlar beyin qocalmasını sürətləndirir.
 
Qaynarinfo xəbər verir ki, Kaliforniya Universitetinin alimləri plastik əməliyyatlara dair apardıqları araşdırmada bu nəticəyə gəliblər.

Beyin cərrahi müdaxilədən sonra dərhal mimikanı dəyişməsinə uyğunlaşa bilmir. Mütəxəssislərin sözlərinə görə, üz nahiyyəsində cərrahi əməliyyat keçirmiş çox sayda insanlarda bir müddətdən sonra, beynin qocalma proseslərinin sürətlənməsi qeydə alınıb.

Kaliforniya Universitetinin əməkdaşları sübut edib ki, istənilən cərrahi müdaxilə, həm zahiri görünüşü dəyişmək məqsədilə, həm də gəncləşmək üçün edilən əməliyyatlar beyinə mənfi təsir edir və bu da təbii olaraq həyatımızda əks olunur.

Beyin dəyişmiş zahiri görünüşə köklənə bilmir, bu isə xəstələrdə sinir pozulmaları və uzun sürən depressiyanın yaranmasının əsas səbəbi olur.

Nərmin Həsənli