Dünya 18:37 16.10.2013

“Pokrov” bazasının direktoru axtarışa verildi

Bazanın direktoru və onun müavini qeyri-qanuni yolla işçi qüvvəsi cəlb etdiklərinə görə təqsirləndirilirlər

Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının direktoru barəsində axtarış elan olunub. ANS PRESS-in rbk saytına istinadən verdiyi məlumata görə, bazanın direktoru və onun müavini qeyri-qanuni yolla işçi qüvvəsi cəlb etdiklərinə görə təqsirləndirilirlər. Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib.
 
Artıq Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb.
 
Qeyd edək ki, oktyabrın 13-də Qərbi Biryulevo rayonunda baş verən iğtişaşlardan sonra minlərlə azərbaycanlının çalışdığı “Pokrov” bazası bağlı elan olunub. Bazanın bağlanması yüzlərlə azərbaycanlının bazara satmaq üçün gətirdiyi məhsulun xarab olması təhlükəsi ilə üz-üzə qoyub. Malı bazadan buraxılmayan azərbaycanlı sahibkarlar baza administrasiyasının qarşısında aksiya keçiririblər


Qaynar.info