Sənət 10:34 06.07.2014

Pol Makkartni səhnəyə qayıtdı

Pol Makkartni xəstəxanadan çıxdıqdan sonra ilk konsertini verib. Musavat.com-un “Associated Press”ə istinadən verdiyi məlumata görə, konsertin ABŞ-ın Nyu-York ştatındakı Olbani şəhərində olub.

“Qayıtmaq çox gözəldir”, - Makkartni pərəstişkarlarına deyib.

Beatles kvartetinin keçmiş üzvü, 72 yaşlı Pol Makkartni konsertdən əvvəl pərəstişkarlarına videomüraciət ünvanlamışdı. O, müraciətində bildirmişdi ki, virusdan müalicə olunub və xəstəlik üzündən Yaponiya və Cənubi Koreya qastrolllarını təxirə salmalı olub. 

Qaynar.info