Foto 12:55 05.10.2018

"Polad Ələmdar" həbs olundu

Türkiyənin Adana şəhərində 9 il öncə vəkil Tolqa Köklüyə silahla atəş açaraq yaralayan Həsən Gəzən həbs edilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 6 mart 2009-cu ildə şəhərdəki "Gezen Petrol"da qeyri-qanuni yanacaq satılması barədə şikayətə görə əraziyə gedən Tolqa Köklü Hasan Gəzən tərəfindən ayağında vurularaq yaralanmışdı. Hadisədən sonra qaçan Gəzəni 9 ildən sonra həbs etmək mümkün olub. "Qəsdən adam yaralama və öldürməyə təşəbbüs" ittihamı ilə cinayətkara 8 il həbs cəzası verilib. 

Qeyd edək ki, Həsən Gəzən özünü məşhur "Kurtlar Vadisi" serialının əsas qəhrəmanı "Polad Ələmdar"a bənzətməsi ilə də tanınır. İstintaq prosesində müəyyənləşib ki, o serialın posterində fotoşop vasitəsilə dəyişiklik edərək öz şəklini "Polad Ələmdar"ın yerinə qoyub və sosial şəbəkə hesabında paylaşıb.