Foto 13:29 20.11.2017

"Polat Alemdar"ı əvəz edən azərbaycanlı oğlan... (FOTO)

Babək Həsənzadə Hollivud filmində rol alan ilk azərbaycanlı aktyordur.

"Qaynarinfo" metbuat.az-a istinadən xəbər verir ki, 2008-ci ildən Türkiyədə, eləcə də xarici ölkələrdə bir çox film və seriallarda həm kaskadyor, həm də aktyor kimi çıxış edib.

Babək Ayulduz oğlu Həsənzadə 22 fevral 1990-cı ildə Lənkəran şəhərində anadan olub. 1996-2002 illərdə Lənkəran şəhərində Lənkəran xarici dillər gimnaziyasında təhsil alıb.

2002-2007 illərdə Lənkəranda "Lənkəran Özəl Türk Liseyi"ində təhsilini davam etdirib.

2007-ci ildə İstanbulda "Fatih Universiteti"nin siyasi-iqtisadi idarəetmə fakültəsinə qəbul olub (İngilis dilində təhsil alıb).

Uşaqlıqdan idmanın müxtəlif növləri, eləcə də kikboksla məşğul olub. Özünümüdafiə idman növləri üzrə professionallıq dərəcəsi var. Hətta 2008-ci ildə MMA qaydasız döyüş üzrə Azərbaycan birincisi olub.

Qeyd edək ki, məşhur aktyor "Kurtlar Vadisi Pusu" serialında baş rolun ifaçısı "Polad Alemdar"ın dublyor-kaskadyoru olub.

Qaynarinfo.Az