Foto 10:04 12.08.2018

Polis bala sincabı həbs etdi

Almaniyanın "Karlsruhe" şəhərində bala sincab polis tərəfindən həbs edilib.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, bir nəfər sincabın onu dayanmadan izləməsi barədə polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları bala sincabı tutmağa çalışıb, lakin canlı yorulandan sonra yuxuya gedib və onu "həbs etmək" mümkün olub. 

Karl Fridrix adı verilən sincab polis şöbəsinə götürülüb, onun tezliklə heyvan xilasetmə mərkəzinə aparılacağı bildirilir.

Gülşən