Dünya 11:10 19.11.2017

Polis dəhşət saçdı: 3 ölü, 1 yaralı

Fransanın paytaxtı Parisin Sarkelles qəsəbəsində polis insanlara hücum edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, polis 2 ailə üzvünə atəş açandan sonra hadisəyə müdaxilə etməyə çalışan 2 qonşunu vurub. Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Gecə saatlarında baş verən dəhşətdən sonra cinayətkar intihar edib.

Hadisənin səbəbi kimi ailədaxili münaqişə göstərilir.

Gülşən
Qaynarinfo.Az