Siyasət 14:33 21.04.2013

Polis “Ümid”in qərargahına hücum etdi

“Hazırda Sumqayıt şəhərində genişləndirilmiş toplantı keçirən Ümid partiyasının qərargahını polislər hücum edib. Polislər qərargahı boşaldıb, partiyanın mərkəzi aparatından olan və Sumqayıt şəhər Ümid təşkilatının rəhbərliyin polis aparmağa çalışır. Hazırda qarşıdurma davam edir”. Məlumatı Ümid Partiyası sədrinin müavini Aynur İmranova bir neçə dəqiqə əvvəl Facebook səhifəsində verib.

Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə Bizimyol.info-ya bildirib ki, əvvəlcədən planlaşdırılan görüşə müdaxilələr icarəyə götürülmüş yerin sahibinə polis təhdidlərlə başlayıb. “Həmin şəxsi polisə çağıraraq bizi çıxartmasını tələb ediblər. Daha sonra isə toplatıya Sumqayıt şəhər Polis İdarəsinin rəis müavinin rəhbərliyi ilə 30-40 nəfər əsasən yüksək rütbəli və mülki geyimli polislər daxil olaraq, zorla toplantı iştirakçılarını bayıra çıxardılar. Hadisəni çəkmək istəyən gənclər isə həbs edilərək naməlum istiqamətə aparıldı. Biz polislərə qeydiyyatdan keçmiş və dövlət büdcəsindən maliyyələşən partiya plduğumuzu və heç biq qanunsuz əmələ yol vermədiyimizi dəfələlə izah etsək də heç bir məhəl qoyan olmadı".

İlkin məlumatlara görə, 6 nəfər həbs edilib.

Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Məclisin deputatıdır.

Qaynar.info