Dünya 13:45 04.08.2013

Polis növbəti etiraz aksiyasını dağıtdı

İstanbul polisi ötən axşam Taksim meydanının yaxınlığında hökumət əleyhinə keçirilən etiraz aksiyasını dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, aksiya sosial şəbəkələrdə Gəzi parkında kütləvi mitinq keçirmək barədə çağırışlar səsləndikdən sonra təşkil olunub.

 Qeyd edək ki, polis meydana aparan bütün yolları xüsusi nəzarətə götürüb. Aksiya yatırılarkən bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Qaynar.info