Dünya 15:29 06.08.2013

Polis qaçaqmalçılarla toqquşdu: yaralılar var

Türkiyə polisi və bu ölkəyə qanunsuz yanacaq keçirməyə cəhd edən suriyalı qaçaqmalçılar arasında qarşıdurma baş verib. 

Bu barədə Trend çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir. Məlumata görə, qarşıdurma Suriya sərhədi yaxınlığında Hatay vilayətinin Reyhanlı rayonunda olub. Aralarında bir uşağın da olduğu yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Fakt üzrə cinayət işi qaldırılıb.

Qaynar.info