Dünya 19:31 26.09.2013

Polis qadını qızının gözü qarşısında zorladı - FOTO

Kriminal  Ermənistanda dəhşətli cinayət baş verib.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, polis serjantı, 1985-ci il təvəllüdlü Edqar Varaqyan bir qadını azyaşlı qızının gözü qabağında döyüb və onu zorlayıb.

Belə ki, Edqar Varaqyan gecə həmin qadının evinə gedib. Qapı bağlı olduğu üçün evin pəncərəsini sındırıb və içəri daxil olub. Edqar qadını və azyaşlı qızı vəhşicəsinə döyüb. Daha sonra evdə olan pulu və qiymətli əşyaları götürüb. Daha sonra polis qadının əllərini qandallayıb. Azyaşlı qızın isə əllərini bağlayıb. Edqar qızı və ananı "Mercedes” markalı maşının yük yerinə soxub. Evdən götürdüyü əşyaları da maşına yerləşdirib. Onları ucqar kənd yolunda qəbirsanlığa aparıb. Onları orda düşürüb. Lakin polisin orda qadından xoşu gəlib. Şəhvətini saxlaya bilməyən Edqar Varaqyan qadını uşağın gözü qabağında soyundurub. Qadına işgəncə verib və onu zorlayıb. Daha sonra onları orada atıb.

Səhərə yaxın ağır xəsarət alan qadını və azyaşlı qızı ərazidən keçən polis əməkdaşları tapıb. Qadına ilk öncə tibbi yardım göstərilib. Daha sonra cinayətkar polis qadının ifadəsi əsasında saxlanılıb. Axtarışlar zamanı Edqar Varaqyanın evindən istifadə etdiyi maska, xidməti silah, qadının evindən oğurladığı pul, televizor və digər qiymətli əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info