Ölkə 16:17 17.05.2018

Polis rəisinə yeni vəzifə verildi

Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib.

APA-nın məlumatına görə, Penitensiar Xidmətin bir müddət əvvəl təqaüdə göndərilən rəis müavini Hüseyn Əlixanovun yerinə  Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağaəli Xəlilov təyin edilib. 

Qeyd edək ki, A.Xəlilov uzun müddət daxili işlər orqanlarında işləyib. A. Xəlilov bundan əvvəl Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. A. Xəlilov 2016-cı ildə Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi təyin edilib.