Maqazin 16:29 27.10.2014

Polis Xatunun maşınını cərimə meydançasına apardı

Müğənni Xatun Əliyevanın avtomobilini bu səhər cərimə meydançasına aparıblar. 

Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Hər şey daxil” verilişində deyib. O, səhərin onun üçün o qədər də xeyirli açılmadığını bildirib:

“Gün mənim üçün uğurlu başlamadı. Avtomobilimi cərimə meydançasına apardılar. Maşınımın şüşələrində qara plyonka var. Onu dəyişdirməliyəm. Buna görə də, polis məni cəzalandırdı”.

Qaynar.info