Ölkə 23:42 18.01.2018

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi

Bu gün günorta saatlarında Salyan şəhərində gənc bir qadın intihar məqsədi ilə Kür çayına girərək özünü suda batırmağa cəhd edib. 

Qaynarinfo Virtualaz.org-a xəbər verir ki, həmin vaxt yaxınlıqda xidmət edən iki polis əməkdaşı bunu görüb. Onlar cəld suya girərək qadının intihar cəhdinin qarşısını alıblar.


Xilas edilən qadın intihara cəhdi ailə münaqişəsi zəminində, mülkiyyət mübahisəsinə görə etdiyini deyib.