Dünya 14:57 14.12.2019

Pompeodan İrana sərt xəbərdarlıq

ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana İraqla bağlı xəbərdarlıq edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, son günlərdə İraqda yaşanan hücumlarda İranın əli olduğunu deyib.

"İranın törəmələri son dövrlərdə İraqın təhlükəsizlik qüvvələri ilə ABŞ və Beynəlxalq Koalisiya hərbçilərinin olduğu bazalara bir çox hücumlar təşkil etdi", - deyə Pompeo bildirib.

Dövlət Katibi sözügedən qüvvələrin dekabrın 9-da Bağdad hava limanı yaxınlığındahı bazaya hücumunu, 11 dekabrda isə hava limanının özünə roket zərbəsi endirdiyini xatırladıb.

İraq təhlükəsizlik qüvvələri ilə yaxın şəkildə çalışacaqlarını vurğulayan Pompeo İran və ya törəmələrinin ABŞ və müttəfiqlərinə ya da bölgədəki maraqlarına zərbə vuracaq hər hansısa hücumuna qarşılıq verəcəklərini deyib. Bildirib ki, İran qonşularının suverenliyinə hörmət etməli, həm İraqda, həm də bölgədəki törəmələrinə hərbi dəstək verməyi dərhal dayandırmalıdır.
 
Camal