Poroşenkonu Maydanda yumurta atəşinə tutdular, arvadına dəydi (VİDEO)

Poroşenkonu Maydanda yumurta atəşinə tutdular, arvadına dəydi (VİDEO)

Dünən Ukraynanın sabiq prezidenti Petro Poroşenko Maydanda keçirilən "Zelenski üçün qırmızı xətlər" mitinqi zamanı çıxışa başlayan kimi yumurta atəşinə tutulub.

Qaynarinfo xəbər verir ki, bu haqda UNIAN agentliyi məlumat yayıb.

Hadisə Poroşenkonun səhnədə çıxışı zamanı baş verib - Ukraynanın dövlət himni səsləndikdən sonra keçmiş dövlət başçısı mikrofonu əlinə alaraq "Yaşasın Ukrayna!" deyib. Bundan sonra iştirakçılar siyasətçiyə tərəf yumurta atmağa başlayıb.

İnternetdə yayılan videoda yumurtalardan birinin Poroşenkonun həyat yoldaşına dəydiyi, birini isə Avropa Həmrəyliyi Partiyasından Ali Radanın üzvü Axtem Çiyqozun tutduğu görünür.

Alpər
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR