Bu gün Topaz Premyer Liqada ikinci dövrəyə start veriləcək.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə X turun üç qarşılaşması baş tutacaq. İlk olaraq meydana "Neftçi" və "Rəvan" klubları çıxacaq. Bu oyuna diqqət çəkən əsas məqam odur ki, "Rəvan" klubunun yeni baş məşqçisi Şahin Diniyev komandasında debüt edəcək. Audsayderlər sırasında yerləşən "Rəvan"ın yeni baş məşqçi ilə liderlər qrupunda yer alan "Neftçi"yə qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.
Digər oyununda "Simurq" "Xəzər Lənkəran"ı qəbul edəcək. Günün son oyunda isə "Qəbələ" səfərdə "İnter"in qonağı olacaq.
19 oktyabr
Topaz Premyer Liqa, X tur
17:00. “Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov
“Bayıl Arena” stadionu
16:00.“Neftçi” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli
“Bakcell Arena” stadionu
19:00.“İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
“Şəfa” stadionu
Qaynar.info
Şərhlər