İdman 17:37 06.08.2019

Premyer Liqa klubu Renat Dadaşovun transferini açıqladı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun İngiltərə Premyer Liqasında çıxış edən "Vulverhempton” klubuna keçidi rəsmiləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb və onu 1 il müddətinə Portuqaliya Premyer Liqasında çıxış edən "Pakuş de Ferreyra”ya icarəyə verib.

Qeyd edək ki, Renat Dadaşov ötən il  "Ayntraxt"dan "Eştoril"ə transfer olunmuşdu.