İdman 21:42 20.10.2019

Premyer Liqa: "Sumqayıt" "Səbail"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "ASCO Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. 

"Sumqayıt" bu qələbə sayəsində xallarını 10-a çatdırıb və "Zirə"ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi eyni xala malik "Səbail"dən yalnız şəxsi göstəricilərdə geri qalır.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" "Qarabağ"la, "Keşlə" "Sabah"la heç-heçə edibsə, "Neftçi" "Zirə"yə böyük hesabla qalib gəlib - 3:0. 
 
Premyer Liqa
II dövrə, VIII tur

20 oktyabr

Səbail - Sumqayıt 0:2
Qollar: Peyman Babayi, 47. Elvin Cəfərquliyev, 90+4.
Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 7. Fəhmin Muradbəyli, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 9. Mirsahib Abbasov, 6. Maykl Essyen, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"ASCO Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

8

7

1

0

18:2

22

2

Neftçi

8

4

2

2

11:6

14

3

Keşlə

8

3

3

2

9:4

12

4

Səbail

8

3

1

4

8:13

10

5

Sumqayıt

8

3

1

4

7:9

10

6

Zirə

8

2

2

4

6:12

8

7

Qəbələ

8

1

3

4

4:15

6

8

Sabah

8

1

3

4

6:8

6

Bombardirlər

Lorenzo Frutos (Keşlə), İsmayıl İbrahimli (Qarabağ), Stiven Monroz (Neftçi) - 4. Mehdi Şərifi (Sumqayıt), Mirabdulla Abbasov (Səbail), Mahir Emreli (Qarabağ), Ağabala Ramazanov (Səbail), Maqaye Qeye (Qarabağ) - 3. Abdullah Zubir (Qarabağ), Xulio Sezar Rodriges (Zirə), Dani Kintana (Qarabağ), - 2.