Dünya 13:40 10.12.2018

Prezident: "ABŞ ölkəmizdə çevriliş etmək istəyir"

Venesuela prezidenti Nikolas Maduro növbəti dəfə ABŞ-a qarşı ittihamlar irəli sürüb.

Qaynarinfo xəbər verir ki, Maduro son açıqlamasında bildirib:

"Venesuela demokratiyasını zəiflətmək, ölkəmizdəki hüquqi və demokratik rejimə qarşı çevriliş etmək üçün Ağ Evdə hazırlıqlar başlayıb". 

Qeyd edək ki, avqust ayında hərbi parad zamanı Nikolas Maduroya qarşı sui-qəsd cəhdi edilmişdi. Venesuela prezidenti bu barədə ABŞ tərəfindən Kolumbiyaya təlimat verildiyini iddia etmişdi.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!