Ölkə 16:40 13.03.2018

Prezident Anar Rzayevlə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Anar Rzayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.