Maqazin 08:34 29.10.2014

Prezident arvadının çılpaq fotolarını kim çəkdirib?

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennedinin 42 illik sirri açılıb. Qaynar.info xəbər verir ki, onun çılpaq fotolarının çəkilməsini kimin sifariş etdiyi açıqlanıb.

Belə ki, Jaklin Con Kennedinin ölümündən sonra yunan iş adamı Aristotle Onassislə evlənmişdi. Çılpaq fotoları çəkmək üçün fotoqrafları da onun çağırdığı məlum olub. Bu barədə Kristoper Andersenin “The Good Son” adlı kitabında yazıb.

Yazar qeyd edib ki, Jaklinlə 4 il evli qalan Onassis boşanmaq istədiyi həyat yoldaşının nə vaxt və hansı çimərlikdə olacağı barədə mətbuata məlumat verib. Şəkillərin ortaya çıxmasından sonra yunan iş adamı həyat yoldaşından rahatlıqla boşanıb.

Qaynar.info