Foto 14:36 22.11.2017

Prezident balalarının lüks həyatı (FOTOLAR)

Son zamanlar çevriliş xəbərləri ilə gündəmə gələn dünyanın ikinci ən kasıb ölkəsi olan Zimbabvedə milyonlarla insan aclıq və səfalət içində yaşasa da siyasətçi və biznesmenlərin uşaqları sosial şəbəkə hesablarında lüks həyatları ilə bağlı paylaşımlar edirlər.

Qaynarinfo xarici KİV-ə istinadən ordunun hakimiyyəti ələ keçirdiyi və bu günlərdə ölkə başçısı Robert Muqabenin istefa verdiyi Zimbabvenin zəngin uşaqlarının dəbdəbəli həyatını sizlərə təqdim edir:

Konqodan sonra dünyanın ən kasıb ikinci ölkəsi olan Zimbabvedə ölkə iqtisadiyyatı bir neçə ailənin əlində cəmləşib və xalqın 93 faizi səfalət içərisində yaşayır.

Ölkənin ən zəngin gəncləri diktator Muqabenin oğulları 24 yaşlı Robert Jr. və 20 yaşlı Çatunqadır. Hər ikisi sosial şəbəkə hesablarında Rolls Royce markalı avtomobillərindən tutmuş içərisi qızılla döşənmiş şəxsi təyyarələrinə qədər dəbdəbəli fotolar paylaşırlar.

Ötən günlərdə prezidentin oğullarından biri Rolex saatının fotosunu paylaşaraq, "Atan ölkə prezidentidirsə, deməli 60 min dollar qolundadır" şərhini yazıb.

Ölkənin digər zəngin uşaqları isə siyasətçi və daşınmaz əmlak imperatoru, eyni zamanda prezidentin əmisi oğlu olan Filipp Çiyanqvanın qızlarıdır. Onlara "Zimbabve Kardaşyanları" da deyirlər və sərvətlərinin təxminən 280 milyon dollar olduğu bildirilir.

28 yaşlı Venassa və Mişel adlı bacılar lüks maşınları və pulları ilə şəkil çəkdirməyi sevirlər.