Dünya 11:26 19.12.2013

Prezident bu gün 1300 jurnalistə müsahibə verəcək

Rusiya dövlət başçısı Vladimir Putin bu gün Moskva vaxtilə saat 12-də böyük bir mətbuat konfransı keçirəcək.

Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Putinin sayca doqquzuncu olan belə böyük mətbuat konfransında 1300 yerli və xarici jurnalist iştirak edəcək.

Rusiya prezidentinin mətbuat xidmətindən verilən açıqlamaya görə V. Putin jurnalistlərlə görüşə tam hazırdır. Məlumatda o da qeyd olunur ki, bunun üçün Kreml rəhbəri dövlət orqanlarının rəsmi, statistik informasiyalarına da nəzər salıb. 

Qeyd edək ki, V. Putinin təşkil etdiyi mətbuat konfransları 4 saatdan artıq davam edir. Onun jurnlaistlərlə ən uzun çəkən görüş isə 2008-ci ildə olub. Bu tədbir 4 saat 40 dəqiqə sürüb. V. Putinlə görüşə Azərbaycandan olan jurnalistlər də gedəcək. Putinin mətbuat konfransında AzərTaC-dan Fəridə Abdullayeva, APA-dan Fərid Əkbərov, SalamNyus-dan Roman Ağayev və AzerRoss-u təmsil edən Cəmil Sadıxbəyov iştirak edəcək.  

Qaynar.info