Ölkə 16:29 15.10.2019

Prezident deputatı təltif etdi

Prezident İlham Əliyev İsa Həbibbəylinin 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə İsa Əkbər oğlu Həbibbəyli 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 16-da İ.Həbibbəylinin 70 yaşı tamam olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.