Ölkə 16:55 21.12.2018

İlham Əliyev 2 icra başçısını işdən çıxartdı (YENİLƏNİB)

Prezident İlham Əliyev daha bir icra başçısını işdən çıxarıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Şükür Fərəməz oğlu Babayevi Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

***16.25
 
Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Gülağa Bayram oğlu İslamovu Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.