Ölkə 17:00 12.10.2019

Prezident icra başçısını təltif etdi

Prezident İlham Əliyev Qoca Səmədovun 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 13-də Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun 60 yaşı tamam olur.