Dünya 16:46 04.11.2013

Prezident iqamətgahı universitetə veriləcək - FOTO


Gürcüstan prezidentinin paytaxt Tiflisin Avlabar rayonunda yerləşən iqamətgahı Gürcüstan-Amerika Universitetinə veriləcək. APA-nın “Qruziya Online” xəbər portalına istinadən yaydığı xəbərə görə, bunu yeni prezident Georgi Marqvelaşvili açıqlayıb.
 
G.Marqvelaşvili universitetin gələn il açılacağını deyib: “Bu, çox maraqlı layihədir və Gürcüstana yüksək keyfiyyətli təhsil gətirəcək. Mən çox şadam ki, büdcədən bu cür təmtəraqlı binaya ayrılan vəsait gürcü tələbələrinə və onların təhsilinə xərclənəcək”. 
 
Qeyd edək ki, G.Marqvelaşvili daha öncə verdiyi açıqlamada prezident iqamətgahında oturmayacağını və Dövlət Dəftərxanasının binasında fəaliyyət göstərəcəyini bildirmişdi. 
 
Avlabardakı iqamətgah 2004-2009-cu illərdə Mixail Saakaşvilinin təşəbbüsü ilə inşa edilib. 


Qaynar.info